Paytaxtın iki rayonunda piyadanı avtomobil vurub. Bu haqda bu gün, 8 aprel tarixində Bakuplus.az Apa-ya istinadən xəbər verir.
Nərimanov rayonu, Ağa Nemətulla küçəsində 58 yaşlı Hökümə Abbasovanı avtomobil vurub. Qadın kəllə-beyin travması alıb, ayaq və qolunu sındırıb. Onun vəziyyəti ağırdır.
Nizami rayonu, Qara Qarayev prospektində isə avtomobil 69 yaşlı Altun Vəliyevanı vurub. O, ağır bədən xəsarətləri alıb.