Paytaxtın Sabunçu və Xətai rayonlarında yanğın hadisəsi baş verib. Bu haqda bu gün, 4 fevral tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.
Sabunçu rayonunda ümumi sahəsi 180 kv.m olan ikimərtəbəli kafe yanıb. Ona bitişik mağaza yanğından mühafizə olunub.
Daha bir yanğın hadisəsi Xətai rayonunda qeydə alınıb. Ümumi sahəsi 30 kv.m olan birmərtəbəli ev 8 kv.m sahədə yanıb. Yanğın hadisə yerinə cəlb olunan FHN əməkdaşları tərəfindən söndürülüb.