Bakının Səbail rayonunda, Xalça muzeyinin yaxınlığında avtomobil yanıb. Bu haqda bu gün, 3 fevral tarixində Bakuplus.az məlumat verir.
Şahidlərin sözlərinə görə, Neftçilər prospekti ilə hərəkət edən “Hyundai” markalı minik markalı avtomobilinin mühərriki qəfil alışıb. Sürücü və ətrafda olan vətəndaşlar avtomobildə olan alovu söndürüblər.
Hadisə nəticəsində həmin yolun hissəsində tıxac müşahidə olunub.