Bakıda azyaşlı uşağı elektrik cərəyanı vurub. Bu haqda bu gün, 5 avqust tarixində Bakuplus.az Qafqazinfo-ya istinadən xəbər verir.
Hadisə Nəsimi rayonu, Koroğlu parkı ərazisində yerləşən dayanacaqda qeydə alınıb. 4 yaşlı oğlan uşağını elektrik cərəyanı vurub. Nəticədə azyaşlı təcili tibbi yardım briqadası tərəfindən Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub.
Vəziyyəti stabilləşən azyaşlı ambulator müalicə üçün evə buraxılıb.