Bakıda baş vermiş yol-nəqliyyat hadisəsində 3 nəfər xəsarət alıb. Bu haqda BakuPlus.az APA-ya istinadən bu gün, 14 aprel tarixində xəbər verir.
Paytaxtın Səbail rayonu, Zərifə Əliyeva küçəsində “Mercedes” markalı minik avtomobilini idarə edən sürücü sükana nəzarəti itirib. Nəqliyyat vasitəsinin ağaca çırpılması nəticəsində sürücü və iki sərnişin xəsarət alıblar.
Yaralılar xəstəxanaya çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır.