Bakının Səbail rayonunda yerləşən “Sahil” parkında gənc qız bıçaqlanıb. Bu haqda bu gün, 15 sentyabr tarixində Bakuplus.az Baku.ws-ə istinadən məlumat verib.
Şahidlərin sözlərinə görə, qız gənc oğlan tərəfindən bıçaqlanıb. O, cinayəti törətdikdən sonra hadisə yerindən yayınmağa çalışsa da, polis əməkdaşları tərəfindən saxlanılıb.
Yaralı qadın təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya aparılıb.