Bakının mərkəzində, Yusif Səfərov küçəsindən Neftçilər prospekti istiqamətindəki yolda qəza baş verib. Bu haqda bu gün, 20 may tarixində APA məlumat verib.
Məlumata görə, “Opel” markalı nəqliyyat vasitəsi “Mercedes Gelandewagen” markalı avtomobillə toqquşub. Nəticədə “Gelandewagen” aşıb. Qəzada xəsarət alan olmayıb.
Hadisə yerinə polis əməkdaşları cəlb olunub. Avtomobillər yoldan götürülüb.