Bakıda 3 nəfəri avtomobil vurub. Bu haqda 23 iyul tarixində APA məlumat verib.
Xətai rayonu, Əhmədli qəsəbəsində yolu keçən 61 yaşlı Marina Həsənxanovanı minik avtomobili vurub. Yaralı ağır kəllə-beyin travması və sınıq xəsarətləri alıb.
Nərimanov rayonu, Bakı Nəqliyyat Agentliyinin qarşısında yolun piyadalar üçün müəyyən edilməmiş hissəsindən keçən 58 yaşlı Müslüm Göyüşovu avtomobil vurub. Yaralı qapalı kəllə-beyin travması, sağ bud sümüyünün sınığı diaqnozları ilə xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.
Həmçinin Qum adası ərazisində 26 yaşlı Altun Heydərovu yük maşını vurub. Həmin şəxs ağır bədən xəsarətləri alıb.
Hər üç faktla bağlı avtotexniki ekspertiza təyin edilib və araşdırmalar başlayıb.