Paytaxtda yol nəqliyyat hadisəsi baş verib.
Bakuplus.az xəbər verir ki, hadisə Yasamal rayonu, Zərgərpalan və Bəşir Səfəroğlu küçələrin kəsişməsində qeydə alınıb.
Belə ki, hərəkətdə olan “Şkoda Rapid” markalı nəqliyyat vasitəsi ilə 99-JV-455 nömrəli “Ford Transit” markalı yük avtomobillə toqquşub.
Qəza nəticəsində hər iki avtomobilə ziyan dəyib. Ərazidə qısa müddətdə sıxlıq yaranıb.
[video width="2160" height="3840" mp4="https://bakuplus.az/storage/photos/2024/09/pxl_20240904_104603954_1.mp4"][/video]