Bakıda gecə saatlarında yol-nəqliyyat hadisəsi baş verib.
Report-a istinadən qəza Sabunçu rayonunda, Bakı Olimpiya Stadionunun qarşısında baş verib. Yolda hərəkət edən "Mercedes Sprinter" markalı mikroavtobus yol kənarındakı elektrik dirəyinə çırpılıb. Nəticədə mikroavtobus və elektrik dirəyinə ciddi ziyan dəyib, xəsarət alan olmayıb.
Qəzanın hansı səbəbdən baş verməsi araşdırılır.