Bakının Yeni Suraxanı qəsəbəsinin 14 İyul, döngə 1 ünvanında kanalizasiya sistemi yoxdur. Bu haqda bu gün, 3 iyun tarixində Oxu.az məlumat verib.
Sakinlərin verdiyi məlumata görə, yaxınlıqdakı məhəllələrə kanalizasiya xətləri çəkilsə də, həmin ərazidə çirkab sular hələ də evlərinin qarşısında qazılmış şambolara tökülür.
Bununla bağlı vətəndaşlar dəfələrlə Suraxanı rayon İcra Hakimiyyətinə müraciət etsələr də, problem hələ də həllini tapmayıb.