Bakı-Qazax yolunun Qaradağ rayonu ərazisindən keçən hissəsində, “Qaradağ” marketinin qarşısında zəncirvari qəza olub. Bu haqda bu gün, 19 iyun tarixində Bakuplus.az məlumat verir.
İki iritonnajlı TIR avtomobili toqquşaraq marketin qarşısında dayanan avtomobillərə çarpılıb. Qəza nəticəsində 20-yə yaxın avtomobilə ziyan dəyib.
Verilən məlumata görə, qəzada xəsarət alan olmayıb. Faktla bağlı araşdırma aparılır.
@gulustan422dd #avtosh ♬ orijinal ses - Elm