Bakı sakini Ucarda evə basqın edib. Bu haqda bu gün, 18 fevral tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Ucar rayonunun Çiyni kənd sakini Müşfiq Kərimov və onun qardaşı oğlu, Bakı şəhər sakini Cavanşir Kərimov adıçəkilən kənd ərazisində yerləşən evlərin birinə basqın edərək ev sahibinin əl-qolunu yapışqan lentlə bağlayıblar. Daha sonra onlar evdən 7000 AZN pul oğurlayaraq oradan qaçıblar.
Aparılan araşdırma zamanı şübhəli şəxslər saxlanılıblar. Onlar törətdikləri əməli etiraf ediblər. Faktla bağlı cinayət işinə başlanılıb.