Bakı şəhər sakini dələduzluqda şübhəli bilinir. Bu haqda bu gün, 7 oktyabr tarixində APA xəbər yayıb.
Nəsimi rayon sakini 23 yaşlı Elnur Alıyev Sumqayıtda yaşayan evli qadınla yaxın münasibət qurub. Daha sonra gənc oğlan qadınla evlənmək istədiyini, ancaq buna görə mənzil lazım olduğunu bildirib. Bu bəhanəylə o, qadından əvvəl 12,500 manat pul, daha sonra 3500 manatlıq qızıl-zinət əşyaları götürüb.
İlk öncə qadın gənc oğlanın məsləhəti ilə hüquq-mühafizə orqanlarına evində oğurluq olduğunu bildirsə də, daha sonra qızılları Elnur Alıyevə verdiyini etiraf edib.
E.Alıyev saxlanılıb. Faktla bağlı araşdırma aparılır.