top
Bakı sakini “Öldürməyən kişi deyil” sözündən sonra hamilə arvadını bıçaqlayıb
07 iyul 2022, 02:10
- ↺ +

Bakı sakini “Öldürməyən kişi deyil” sözündən sonra hamilə arvadını bıçaqlayıb

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Bakıda kişi 23 həftəlik hamilə arvadını hansı səbəbdən bıçaqlaması məlum olub. Bu haqda 7 iyul tarixində Lent.az məlumat verib.

Nizami rayonunda ötən ilin aprelində Pərvin Ağayev ilə arvadı Şəbnəm İsmayılova arasında dava düşüb. Dava zamanı Şəbnəm İsmayılova boğaz və döş qəfəsi nahiyələrindən 3 bıçaq xəsarəti alıb.

Qadın xəstəxanaya yerləşdirilib və onun 23 həftəlik hamilə olduğu məlum olub. Pərvin Ağayev saxlanılıb və onun barəsində cinayət işi açılıb.

Məlum olub ki, son vaxtlarda qısqanclıq zəminində Pərvinlə Şəbnəm arasında tez-tez davalar olub. Arvadı Pərvini başqa qızlarla gəzməkdə ittiham edirmiş.

Hadisə günü Şəbnəm Pərvinə zəng edərək onunla dava edib.

“Pozğun qadınlara vaxt ayıra bilirsən, lakin mənə vaxt ayırmırsan, kişi ol, ə” sözlərini deyib. Dalınca qışqıra-qışqıra nalayiq ifadələr işlədib. Mən də ona cavabımda söyüşlər söydüm və “axşam evə gələndə danışacağıq” dedim. Evə gələndə Şəbnəm mənzilin qonaq otağından mənə qarşı nalayiq ifadələr işlədirdi və boşanmaq istədiyini bildirirdi. Şəbnəmin sözlərindən əsəbiləşib qonaq otağına keçərək onun yaxasından tutub sakitləşməsini və söyüş söyməməsini tələb etdim. Əks təqdirdə öldürəcəyimi bildirdim. Şəbnəm isə mənə “öldürməyən kişi deyil” deyəndə, otaqda, stolun üzərində olan mətbəx bıçağını götürdüm. Şəbnəmə təkrarən əgər səsini kəsməsə, söyüş söyməyə davam etsə, bıçaqla vuracağımla bağlı xəbərdarlıq elədim. Şəbnəm yenə də “vurmayan kişi deyil” deyəndə bıçaqla onun boyun nahiyəsindən vurdum”, - Ağayev ifadə verib.

Məhkəmədə Şəbnəm İsmayılova ifadə verib və bildirib ki, hadisədən sonra onların uşaqları dünyaya gəlib:

“Pərvini uşağımın atası kimi bağışlamışam, onunla barışmışam. Bu səbəbdən şikayətimdən imtina edirəm. Xahiş edirəm ki, bunu nəzərə alın”.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Pərvin Ağayev CM-nin “Qəsdən adam öldürmə cəhd, xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürməyə cəhd” maddəsi ilə ittiham olunub və 11 il 3 ay müddətinə azadlıqdan məhrum edilib.

 

Son xəbərlər

Xəbər
Bu gün, 12:29

Yasda gülməsinə irad bildirən xalaoğlunu bıçaqladı

Xəbər
Bu gün, 12:20

Zəfər günü Bakıda yürüş olacaq

Xəbər
Bu gün, 10:49

Sosial şəbəkələrdə təhqir və böhtanla bağlı şikayətlərə hansı məhkəmələr baxır? - Hakimdən açıqlama

Xəbər
Bu gün, 10:12

Bakıda ötən ay avtobuslarla 54 milyona yaxın sərnişin daşınıb

Xəbər
Bu gün, 09:56

Bakıda avtomobil 71 yaşlı qadını vuraraq öldürüb

Xəbər
Bu gün, 09:47

Bakıda sevgilisinin başını kəsən kişi həbsdə insult keçirdi

Xəbər
Bu gün, 09:47

"Omid"in rəhbəri işçisini döydüyü üçün həbs edilib

Xəbər
Dünən, 18:09

"330 manatlıq gödəkçəni yararsız hala saldılar, üzr istəmədilər" - İDDİA

Xəbər
Dünən, 16:08

Murtuza Muxtarov Vladiqafqazda niyə məscid tikdirib?

Xəbər
Dünən, 15:54

Ağıllı saatlara görə aksiz vergisi alınacaq

Xəbər
Dünən, 15:53

İlham Əliyev bəzi media nümayəndələrini təltif etdi - SİYAHI

Xəbər
Dünən, 15:19

Sabah Bakıda hava dəyişəcək - güclü külək, intensiv yağış

Xəbər
Dünən, 14:33

Nominal orta aylıq əmək haqqı 8,7% artacaq

Xəbər
Dünən, 13:35

203 nömrəli marşrutun avtobusları yenilənir

Xəbər
Dünən, 11:40

Bir sıra vergi güzəştlərinin müddəti uzadılır

Xəbər
Dünən, 11:35

Yaşa görə əmək pensiyasının orta məbləğinin 680 manat olacağı proqnozlaşdırılır

Xəbər
Dünən, 10:44

Cinayətdə şübhəli bilinən 62 nəfər tutuldu

Siyasət
Dünən, 10:36

Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

Xəbər
Dünən, 10:09

25 ilini yerin altında keçirən şairimizin doğum günüdür

Xəbər
Dünən, 09:43

Vətən Müharibəsi Qəhrəmanına general-mayor rütbəsi verildi

Xəbər
Dünən, 09:25

Bakının iki rayonunda işıq olmayacaq

Xəbər
Dünən, 00:01

Vətən müharibəsinin 40-cı günü: XRONİKA

Xəbər
04 noyabr 2026, 17:34

Azərbaycanda doğum azalır, müavinət artır: 1500 manat ailələrin qərarına təsir edəcəkmi? – ÖZƏL AÇIQLAMA

Xəbər
04 noyabr 2026, 16:57

Bakıda temperatur 10 dərəcə düşəcək - leysan, şimşək...

Oxşar xəbərlər