Motosiklet qaçıran paytaxt sakini saxlanılıb. Bu haqda Daxili İşlər Nazirliyini mətbuat xidməti məlumat yayıb.
3 sentyabr tarixində Nərimanov polisi R.Vəliyevə məxsus cibliyində 972 manat pul olan “Haojue Escort” markalı motosikleti qaçırmaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Z.Əliyevi müəyyən edərək saxlayıb.
Faktla bağlı istintaq davam edir.