Paytaxt sakini Zaqatalada sirkə turşusundan zəhərlənib. Bu haqda bu gün, 12 oktyabr tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.
Bakının Suraxanı rayon sakini, 40 yaşlı Fatimə Əliyeva zəhərlənmədən Zaqatala Rayon Mərkəzi Xəstəxanasına (RMX) yerləşdirilib.
Müayinə zamanı məlum olub ki, qadın sirkə turşusundan zəhərlənib. Əliyevaya lazımi tibbi yardım göstərilib, lakin vəziyyəti ağır olduğuna görə müayinə və müalicəsini davam etdirmək üçün Respublika Toksikoloji Mərkəzinə göndərilməsinə qərar verilib.
Hadisənin təfərrüatı araşdırılır.