Bakının Xətai rayonunda vətəndaşa qarşı soyğunçuluq törətməkdə şübhəli bilinən şəxs saxlanılıb. Bu haqda bu gün, 8 iyun tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən məlumat verir.
İyunun 2-də paytaxt sakini S.Qəhrəmanov, M.Rüstəmov küçəsində 8330 manat pulun soyğunçuluq yolu ilə əlindən alınmasına görə polis bölməsinə müraciət edib.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Ə.Ağayev saxlanılıb.
Faktla bağlı Xətai rayon polis idarəsində araşdırma aparılır.