Bakının Qaradağ rayonu, Lökbatan qəsəbəsində 50 kiloqram qurudulmuş marixuana aşkar olunub. Bu haqda bu gün, 1 aprel tarixində Penitensiar xidmət və DİN-ə istinadən məlumat veririk.
Axtarış tədbirləri nəticəsində Bakı istintaq təcridxanasında həbsdə olan Etibar Quliyev istintaqa cəlb olunub.
Baxış zamanı onun Bünyat Bünyatzadə küçəsi, 14 nömrəli binanın arxasında yerləşən, yararsız ikimərtəbəli tikilinin birinci mərtəbəsinin içərisində gizlətdiyi ümumi çəkisi 19,5 kq narkotik maddə olan qurudulmuş marixuana götürülüb.
[caption id="attachment_95858" align="alignnone" width="640"]
Foto açıq mənbədən[/caption]