Bakı sakinindən silah tapılıb. Bu haqda bu gün, 30 oktyabr tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Bakı şəhəri, Sabunçu rayon sakini Samir Dadaşov Lənkəran-Lerik yolunun 50-ci kilometrində saxlanılıb. Onun əlindəki çantada 1 ədəd “Kalaşnikov” avtomatı və həmin silaha aid 15 ədəd patron aşkarlanıb. Şübhəli şəxs saxlanılıb.
Faktla bağlı araşdırmaya başlanılıb.
[caption id="attachment_118080" align="alignnone" width="640"]
Foto Report.az[/caption]