Bakının Suraxanı rayonunda kişidən narkotik ələ keçirilib. Bu haqda bu gün, 29 sentyabr tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinə istinadən məlumat verir.
Suraxanı RPİ 32-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində saxlanılan Bakı sakini, əvvəllər məhkum olunmuş R.Vəliyevdən 200 qramdan artıq metamfetamin aşkar olunaraq götürülüb.
Fakt araşdırılır.