Bakının Suraxanı rayonunda sakinin üzərində narkotik aşkarlanıb. Bu haqda bu gün, 22 dekabr tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə (DİN) istinadən xəbər verir.
Suraxanı RPİ 33-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində Bakı şəhər sakini Mirbağır Fərəcov saxlanılıb.
Baxış keçirilən zaman onun üzərindən 540 qram metamfetamin və 52 qrama yaxın marixuana aşkar olunaraq götürülüb.
Faktla bağlı araşdırma aparılır.