Bakı şəhər sakinindən narkotik vasitələr aşkarlanıb. Bu haqda bu gün, 20 sentyabr tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinə istinadən xəbər verir.
Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində E.Zeynalovun üzərindən və onun idarə etdiyi “KİA” markalı avtomobildən narkotik vasitələr aşkarlanıb. Baxış zamanı tapılan 70 qrama yaxın metamfetamin, 112 qramdan çox tiryək, 7 ədəd metadon həbi, heroin və marixuana müsadirə edilib.