Dekabrın 10-da və 19-da Bakı sakininin bank kartlarından hesablarındakı ümumilikdə 20.000 manat pul oğurlanıb. Bu haqda bu gün, 21 dekabr tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinə istinadən məlumat verir.
Polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində əməli törətməkdə şübhəli bilinən paytaxt sakini, 20 yaşlı R.Xankişiyev saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.