Bakı sakinləri Ucarda oğurluq ediblər. Bu haqda bu gün, 15 dekabr tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Bakı şəhəri, Qaradağ rayon sakinləri Arif Şirəliyev, Felmar Türbəndəyev və Anar Əhmədov Ucar rayonu, Qazıqumlaq kəndi ərazisində yerləşən 35/10 kV-luq yarımstansiyanından 3 ədəd vakuum tipli açarlar oğurlayıblar. Onlar dövlət müəssisəsinə 10.000 AZN-ə yaxın maddi ziyan vurublar.
Araşdırma zamanı onların son 6 ay ərzində respublikanın 11 şəhər və rayonu ərazisində oxşar əməllər törətdikləri məlum olub. Daha sonra dəstə üzvləri qurğuları Bakıya gətirərək aşağı qiymətə satıblar.
Faktla bağlı cinayət işi açılıb. Araşdırmalar davam edir.
[caption id="attachment_123368" align="alignnone" width="640"]
Foto Daxili İşlər Nazirliyi[/caption]