Bakıda sərxoş şəxs nəqliyyatın hərəkətini dayandırmağa çalışıb. Bu haqda BakuPlus.az Oxu.az-a istinadən bu gün, 25 aprel tarixində xəbər verir.
Paytaxtın Xətai rayonunda şəxsiyyəti hələ məlum olmayan içkili bir nəfər yola çıxaraq, avtomobillərin qarşısını kəsib. Yanından ötüb keçmək istəyən nəqliyyat vasitələrinə isə təpik atıb, yumruq vurub.
Həmin şəxs ətrafdakı insanların köməyi ilə yoldan çıxarılıb.
[caption id="attachment_41890" align="alignnone" width="800"]
Foto Baku TV rəsmi saytı[/caption]