Bakı-Sumqayıt yolunda avtomobil qəzası baş verib. Bu barədə bu gün, 4 yanvar tarixində BakuPlus.az Unikal-a istinadən xəbər verir.
Hadisə zamanı “Hyundai” və “Toyota” markalı avtomobillər toqquşub. Zərbədən sonra “Hyundai” dəmir arakəsmələrə çarpılıb.
Hər iki avtomobilə və yol təsərrüfatına ciddi ziyan dəyib. Qəza zamanı xəsarət alanların olduğu bildirilir.
Onlar təcili tibbi yardım maşını ilə xəstəxanaya çatdırılıblar.