Bakı – Sumqayıt yolunda sıxlıq yaranıb. Bu haqda bu gün, 3 iyul tarixində Bakuplus.az Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə istinadən xəbər verir.
Yasamal rayonunda, Kənar Dairəvi yolun Əsəd Əhmədov küçəsi ilə kəsişməsində yol-nəqliyyat hadisəsi baş verib. Bu səbəbdən Bakı–Sumqayıt şosesi istiqamətində sıxlıq yaranıb.
Sürücülərdən vəziyyəti nəzərə almaları xahiş olunur.