Bakı-Sumqayıt yolunda 3 avtomobil toqquşub. Bu haqda bu gün, 8 dekabr tarixində Bakuplus.az Avtosfer.az-a istinadən xəbər verir.
Hadisə Bakı Beynəlxalq Avtovağzal Kompleksinin yaxınlığında qeydə alınıb. “Nissan” markalı avtomobilin sürücüsü diqqətsizlik üzündən qarşısındakı “VAZ” markalı minik maşınını vurub. Zərbənin gücündən “VAZ” önündə olan “Hyundai” markalı avtomobilə çarpılıb.
Xəsarət alanların olub-olmadığı məlum deyil. “VAZ”a ciddi maddi ziyan dəyib.