Sabunçu rayonunda yol qəzası baş verib. Bu haqda bu gün, 8 iyun tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.
Hadisə rayonun Bakıxanov qəsəbəsi, Sülh küçəsində baş verib. Xanım sürücünün idarə etdiyi “Hyundai” və “Volkswagen” markalı avtomobillər toqquşub. Nəticədə hər 2 maşına ziyan dəyib. Xəsarət alan olmayıb.
Faktla bağlı araşdırma aparılır.
[caption id="attachment_102761" align="alignnone" width="640"]
Foto APA[/caption]