Paytaxtın Sabunçu rayonu, Bakıxanov qəsəbəsində gənc qız avtoqəzaya düşüb. Bu haqda bu gün, 11 yanvar tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
24 yaşlı Aydan Əliyeva yolu keçən zaman onu avtomobil vurub. Nəticədə piyada müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırmalar davam edir.