Paytaxtın Sabunçu rayonu, Bakıxanov qəsəbəsində piyadanın iştirakı ilə avtoqəza baş verib. Bu haqda bu gün, 5 dekabr tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.
32 yaşlı Hüseyn Abbasov yolu piyadalar üçün nəzərdə tutulmayan hissədən keçən zaman onu minik avtomobili vurub. Nəticədə piyada müxtəlif sınıqlar ilə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.