Paytaxtın Sabunçu rayonu, Bakıxanov qəsəbəsində avtomobil qadını vuraraq öldürüb. Bu haqda bu gün, 21 noyabr tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
36 yaşlı Pərvanə Məmmədova avtomobil yolunu keçən zaman 29 yaşlı Amin Sahibli “Prius” markalı nəqliyyat vasitəsi ilə onu vurub. Nəticədə qadın hadisə yerində dünyasını dəyişib.
Sürücü saxlanılıb. Faktla bağlı araşdırma aparılır.