Paytaxtın Sabunçu rayonu, Bakıxanov qəsəbəsində kişi meyiti aşkarlanıb. Bu haqda bu gün, 14 fevral tarixində Bakuplus.az Lent.az-a istinadən xəbər verir.
Adıçəkilən qəsəbədə yerləşən yarımtikilidə kişi meyiti tapılıb. Araşdırma zamanı cəsədin əvvəllər məhkum olunmuş 54 yaşlı İnayət Hüseynova məxsus olduğu məlum olub. Onun üzərində zorakılıq əlamətləri aşkar edilməyib.
Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb olunublar. Faktla bağlı araşdırmalar davam edir.