Bakının Sabunçu rayonu, Bakıxanov qəsəbəsində oğurluq hadisəsi baş verib. Bu haqda bu gün, 4 may tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə (DİN) istinadən xəbər verir.
Polis bölməsinə verilən məlumata görə, mayın 2-də “QAZ-2410” markalı avtomobildən 930 manat dəyərində 2 qol saatı, eynək, maqnitofon, həmçinin gödəkcə və avtomobilin üzərində olan aksesuar oğurlanıb.
Polis əməkdaşlarının keçirdikləri tədbir nəticəsində əməli törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş Rəşad Bayramov saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.