Bakının Sabunçu rayonunun Bakıxanov qəsəbəsi ərazisində piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib. Bu haqda bu gün, 27 yanvar tarixində Bakuplus.az Qafqazinfo-ya istinadən məlumat verir.
Verilən məlumata görə, 39 yaşlı Vüqar Şahbalıyev idarə etdiyi “Mitsubishi L200” markalı avtomobillə İmam Rza məscidinin qarşısında 58 yaşlı Zöhrə Xəlilovanı vurub. Piyada aldığı xəsarətlərdən yerindəcə keçinib.
Faktla bağlı Sabunçu RPİ-də cinayət işi başlanılıb.