Bakının Sabunçu rayonu, Bakıxanov qəsəbəsində quldurluq əməlini törətməkdə şübhəli bilinən şəxslər saxlanılıblar. Bu haqda BakuPlus.az Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinə istinadən bu gün, 6 dekabr tarixində məlumat verir.
Polisə verilən məlumata əsasən, qəsəbə ərazisində Bakı şəhər sakini A.Raxmatulinin mobil telefonu quldurluq yolu ilə talanıb. Aparılan tədbirlər nəticəsində oğurluqda şübhəli bilinən paytaxt sakinləri X.Mərdiyev, İ.Yusufov və H.Abbasov saxlanılıblar.
Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.