Bakının Sabunçu rayonu, Bakıxanov qəsəbəsində gecə saatlarında üç avtomobilin iştirakı ilə zəncirvari qəza baş verib. Bu haqda bu gün, 1 dekabr tarixində APA məlumat verib.
Verilən məlumata görə, "Opel", "Renault" və "Geely" markalı avtomobillərin toqquşması nəticəsində "Geely" markalı avtomobildə olan sürücü və sərnişin xəsarət alıblar. Avtomobillərə ciddi maddi ziyan dəyib.
Hadisə nəticəsində yolda tıxac yaranıb, əraziyə polis əməkdaşları cəlb olunublar. Faktla bağlı araşdırma aparılır.
[URIS id=81276]