Paytaxtın Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Sakit Qocayev küçəsində zəncirvari qəza baş verib. Bu haqda bu gün, 18 noyabr tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.
27 yaşlı Orxan Abbasov idarə etdiyi “Toyota” ilə “Stop” nişanına məhəl qoymayaraq yüksək sürətlə əsas yola daxil olub. Bu zaman əsas yolda hərəkət edən “VAZ-2107” markalı nəqliyyat vasitəsi birinciyə çarpılaraq aşıb, daha sonra “Mercedes” markalı avtomobillə toqquşub. Nəticədə O.Abbasov və sərnişinlər: 24 yaşlı Elvin Həsənli, 48 yaşlı Vadim Limoçenko ağır bədən xəsarətləri ilə 3 saylı şəhər xəstəxanasına yerləşdiriliblər.
Araşdırmalar davam edir.
[caption id="attachment_79553" align="alignnone" width="640"]
Foto apa.az saytı[/caption]