Bakının Sabunçu rayonu, Bakıxanov qəsəbəsində ölümlə nəticələnən bıçaqlanma baş verib. Bu haqda bu gün, 11 mart tarixində Bakuplus.az Baku.ws-ə istinadən xəbər verir.
Polisə 26 yaşlı Səbuhi Əhmədlinin kəsilmiş-deşilmiş xəsarətlərlə xəstəxanaya daxil olması və orada ölməsi barədə məlumat daxil olub.
Polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində cinayət əməlini törətməkdə şübhəli bilinən 39 yaşlı Əli Heybətov saxlanılıb.
Faktla bağlı araşdıma aparılır.