Sabunçu rayonu, Bakıxanov qəsəbəsində vintaçanla bir nəfərə xəsarət yetirilib. Bu haqda bu gün, 30 noyabr tarixində Bakuplus.az Qafqazinfo-ya istinadən xəbər verir.
Hadisə qəsəbənin Sakit Qocayev küçəsində baş verib. 29 yaşlı Canbaba Osmanov deşici alətlə 31 yaşlı Toğrul Əhmədova zərbə endirib. Nəticədə sonuncu qarın nahiyəsindən ağır yaralanaraq xəstəxanaya yerləşdirilib.
Şübhəli şəxs saxlanılıb. Faktla bağlı cinayət işi açılıb.