Bakının Sabunçu rayonu, Bakıxanov qəsəbəsində ötən gün saat 23:00 radələrində bıçaqlanma baş verib. Bu haqda bu gün, 30 noyabr tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinə istinadən məlumat verir.
Ağsu rayon sakini olan bir şəxs kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilib. Bununla bağlı polisə məlumat verilib.
Sabunçu RPİ 13-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində əməli törətməkdə şübhəli bilinən 27 yaşlı paytaxt sakini C.Osmanov saxlanılıb. Fakt araşdırılır.