Sabunçu rayonunda avtomobildən oğurluq edilib. Bu haqda bu gün, 22 aprel tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Hadisə rayonun Bakıxanov qəsəbəsində baş verib. Cəmil Əlizadə adıçəkilən ərazidə dayanan “Hyundai” markalı avtomobildən içərisində 2600 AZN olan pulqabını oğurlayıb.
Faktla bağlı araşdırma aparılır.