Sabunçu rayonunda avtomobil və avtobus toqquşub. Bu haqda bu gün, 25 sentyabr tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.
Hadisə rayonun Bakıxanov qəsəbəsinin Sakit Qocayev küçəsində baş verib. Elnur Novruzov “Opel” markalı avtomobillə “Sünbül” Şadlıq Sarayının qarşısından Zığ qəsəbəsi istiqamətində hərəkətdə olan zaman Bakıxanov qəsəbəsi istiqamətində gedən 187 nömrəli avtobusla toqquşub. Nəticədə minik maşınının sürücüsü və sərnişini Gülü Əliyeva hadisə yerinə ölüblər.
Faktla bağlı cinayət işi açılıb.