Sabunçu rayonunda evdən oğurluq edən şəxs tutulub. Bu haqda bu gün, 19 iyul tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Hadisə rayonun Bakıxanov qəsəbəsində baş verib. Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş F.Ələkbərov evlərin birindən 3600 AZN dəyərində təmir alətləri oğurlamaqda şübhəli bilinir.
Faktla bağlı araşdırma aparılır.