Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yol qəzası baş verib. Bu haqda bu gün, 17 yanvar tarixində Bakuplus.az Lent.az-a istinadən xəbər verir.
24 yaşlı İmran Seyfullazadə avtomobil yolunu keçən zaman onu nəqliyyat vasitəsi vurub. Nəticədə piyada müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.