Bakının Sabunçu rayonu, Bakıxanov qəsəbəsində evin həyətindən 1900 manat dəyərində məişət əşyaları oğurlanıb. Bu haqda bu gün, 18 yanvar tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinə istinadən məlumat verir.
Sabunçu RPİ 13-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində əməli törətməkdə şübhəli bilinən Ağstafa rayon sakini, əvvəllər narkotiklərlə əlaqəli cinayətə görə məhkum olunmuş Araz Əyyubov saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.