Sabunçu rayonunda oğurluq hadisəsi baş verib. Bu haqda bu gün, 8 iyun tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Hadisə rayonun Bakıxanov qəsəbəsində qeydə alınıb. Əvvəllər məhkum olunmuş Miralim Həbibli bir nəfərə məxsus mopedi oğurlamaqda şübhəli bilinərək saxlanılıb.
Faktla bağlı araşdırmalar davam edir.