Sabunçu rayonunda yaşlı qadın itkin düşüb. Bu haqda bu gün, 22 aprel tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Rayonun Bakıxanov qəsəbəsi ərazisində 72 yaşlı Nadejda Danilova yaşadığı evdən çıxıb və ondan bir daha xəbər almaq mümkün olmayıb.
Fotodakı şəxsi tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102” Xidməti Zəng Mərkəzinə, Sabunçu Rayon Polis İdarəsinin 012-590-22-42, 425-02-02 şəhər və 055-207-08-88 mobil nömrəsinə zəng edərək məlumat vermələri xahiş olunur.