Səbail rayonunda xarici turist hoteldə dünyasını dəyişib. Bu haqda 13 iyun tarixində Bakuplus.az Kriminalqafqaz-a istinadən xəbər verir.
Şıxov qəsəbəsi, Salyan şosesində yerləşən “Aysberg” hotelində Qətər vətəndaşı, 46 yaşlı Safya Jabir Braid vəfat edib. Qadın Bakıya iyunun 10-da ailəsi ilə birlikdə turist kimi gəlib. İlkin ehtimala görə, S.Braid xəstəlikdən ölüb.
Faktla bağlı araşdırma aparılır.